EN

Professor: Bakı türk tarixi üçün 100 il əvvəl hansı mənanı ehtiva edibsə, bu gün də öz yerini qoruyub saxlayır

Bakı, 5 mart, AZƏRTAC

Yüz il əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultaya gələn türk xalqlarının ziyalıları birgə çalışmaq iradəsini nümayiş etdiriblər. Eyni iradə bu anım toplantısında da özünü göstərdi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransın iştirakçısı, Ankara Hacı Bayram Vəli Universitetinin Ədəbiyyat fakültəsinin Sosiologiya bölməsinin professoru Hayati Beşirli deyib. O bildirib ki, Bakı türk tarixi üçün 100 il əvvəl hansı mənanı ehtiva edibsə, bu gün də öz yerini qoruyub saxlayır: “Birinci Türkoloji Qurultayda türk xalqlarını qonaq edən bu gözəl şəhər 100 illik yubiley tədbirləri zamanı da bu qonaqpərvərliyin ən gözəl nümunəsini bir daha nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı var. Bizim əlaqələrimiz, inkişaf etdirəcəyimiz əməkdaşlıq bu kəlamın bariz nümunəsidir”.

Chosen
31
1
azertag.az

2Sources