EN

İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bəyan etdi

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru heç bir raket atmadıqları barədə açıqlama yayıb.

"Haber Global"a xəbər verir ki, açıqlamada qeyd olunub ki, İran Silahlı Qüvvələri Türkiyənin suverenliyinə hörmətlə yanaşır.

Qeyd edək ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, bundan əvvəl Qətərdə və Səudiyyə Ərəbistanında terror hücumları hazırlayan “Mossad” agentləri saxlanılıb. Bunu tanınmış amerikalı jurnalist Taker Karlson açıqlamışdı.

Karlson hesab edir ki, İsrailin məqsədi İranla ərəb ölkələrini daha çox üz-üzə qoymaq, onların arasında böyük münaqişə yaratmaqdır.

Türkiyəyə doğru raketin İran ordusunda yer alan "Mossad" agentləri tərəfindən atılması istisna olunmur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
99
hurriyyet.az

1Sources