EN

Pakistan İran münaqişəsinə birbaşa cəlb olunmaq niyyətində deyil

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 5 mart, AZƏRTAC

Pakistan İran, İsrail və ABŞ arasındakı münaqişəyə birbaşa cəlb olunmaq niyyətində deyil. Bu barədə Pakistan federal hökuməti çərşənbə günü Baş nazir Şahbaz Şərifin iqamətgahında siyasi partiya və parlament fraksiyalarının liderləri üçün keçirilən qapalı brifinqdə bildirib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “The Express Tribune” qəzetinin Şərifin görüşdə dediyi sözlərə istinadən verdiyi məlumata görə, Pakistan Yaxın Şərq münaqişəsində ehtiyatlı mövqe tutacaq və gərginliyin azaldılması üçün diplomatik səylər göstərəcək. İslamabad regiondakı vəziyyəti normallaşdırmaq yolları ilə bağlı Yaxın Şərq hakimiyyəti ilə məsləhətləşmələr aparır.

Pakistanın ədliyyə naziri Əzəm Nazir Tararın sözlərinə görə, İslamabad suverenlik və təhlükəsizlik məsələlərində siyasi müdaxilə olmadan Yaxın Şərqdə dinc dialoqu davam etdirməyə sadiqdir.

Bundan əvvəl Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar İslamabadda keçirilə biləcək ABŞ-İran danışıqlarına şərait yaratmağa hazır olduğunu bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
2
azertag.az

4Sources