EN

Naxçıvanda heç bir məktəbə ziyan dəyməyib Məktəblərdə tədris dayandırılıb

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə tədris dayandırılıb, müəllimlər və şagirdlər təxliyə edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ərazidəki iki məktəb boşaldılıb: "Qərar pedaqoji heyətin və şagirdlərin təhlükəsizliyi məqsədilə qəbul olunub".

Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Novruz Məmmədov “Qafqazinfo”ya bildirib ki, İranın dronla Naxçıvanı vurması nəticəsində məktəblərə hər hansı ziyan dəyməyib.

O qeyd edib ki, hazırda məktəblərdə tədris davam edir: “Hava limanı yaxınlığında yerləşən Şəkərəbad məktəbindən 500 metr aralıya dron düşüb. Hazırda məktəblərdə tədris davam edir. Sadəcə, bəzi valideynlər narahat olaraq uşaqlarını məktəbdən götürürlər. Amma məktəblərin işində fasilə yaranmayıb”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
azpolitika.info

1Sources