EN

Professor Şurəddin Məmmədlinin 70 illik yubileyi keçirilib

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qars Qafqaz Universiteti və İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin birgə təşkilatçılığı ilə professor Şurəddin Məmmədlinin anadan olmasının 70 illiyi münasibətilə beynəlxalq simpozium keçirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya və Almaniyadan 100-ə yaxın alim və mütəxəssis iştirak edib. Çıxışlarda alimin Borçalı ədəbiyyatı və mədəniyyəti sahəsində apardığı tədqiqatların Azərbaycan, Gürcüstan və Anadolu ədəbi mühiti ilə qarşılıqlı əlaqələr baxımından əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, professor Şürəddin Məmmədli bu sahədə ardıcıl və konseptual elmi model formalaşdıraraq, Borçalı və oxşar regional ədəbiyyatların tədqiqi üçün möhkəm metodoloji və nəzəri zəmin yaradıb.

Professor Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professordur. Azərbaycan və Gürcüstan Yazıçılar birliklərinin, Azərbaycan Aşıqlar Birliyinin, Azərbaycanlı Yazarlar Qrupunun və Gürcüstan Jurnalistlər Federasiyasının üzvüdür. Alim Gürcüstanın “Dövlət Şərəf Ordeni”nə, “Türk Dünyasına Xidmət” mükafatına və digər təltiflərə layiq görülüb.

Qeyd edək ki, beynəlxalq simpozium işini beş sessiya üzrə davam etdirib.

P.ƏMİRCANOV XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
1
xalqqazeti.az

2Sources