ain.az, 525.az portalına istinadən məlumat yayır.
“Məktəblərdə mobil telefon istifadəsi ilə bağlı qaydaların müəyyənləşdirilməsi də balans tələb edən məsələdir. Texnologiya düzgün istifadə olunanda faydalıdır, amma nəzarətsiz qalanda diqqət yayındırır və asılılıq yarada bilir. Ona görə də həm nizam-intizam, həm də təhlükəsizlik qorunmalıdır”.
Bunu 525.az-a millət vəkili Ceyhun Məmmədov 525.az-a deyib. Millət vəkili vurğulayıb ki, uşağın əlindən telefonu almaq asandır, amma onunla danışmaq, izah etmək və doğru istiqamət göstərmək daha vacibdir. Rəqəmsal mühitdə sağlam davranış ailədən başlayır:
“Uşaqlarımızın təhlükəsizliyi və rifahı hər birimizin ortaq məsuliyyətidir və bu istiqamətdə ardıcıl siyasət aparılması cəmiyyətimizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”.
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.