EN

17 ° isti olacaq – Sabahın havası


Martın 6-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Chosen
44
49
yeniavaz.com

10Sources