EN

Tonqal təkcə istilik və işıq mənbəyi deyil, həm də ünsiyyətin və birliyin əsas vasitələrindən biri idi Video

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qədim dövrlərdə tonqal insanların həyatında mühüm yer tuturdu. Tonqal təkcə istilik və işıq mənbəyi deyil, eyni zamanda ünsiyyətin və birliyin əsas vasitələrindən biri idi. İnsanlar tonqal ətrafında toplaşaraq gündəlik hadisələri müzakirə edir, təcrübələrini bölüşür və gələcəklə bağlı qərarlar verirdilər. Tonqalın işığında qurulan bu söhbətlər insanlar arasında yaxınlıq yaradır, onları bir-birinə daha möhkəm bağlayırdı.

Bu baxımdan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində nümayiş etdirilən maraqlı bir məkan diqqət çəkir. Ətrafa düzülmüş daşlar və ortadakı tonqal izləri keçmişin izlərini bu günə daşıyır.

Od–tonqal bütün dövrlərdə müqəddəs sayılıb. İnsanlar hətta oda and içir, ona xüsusi hörmətlə yanaşırdılar.

Eyni zamanda tonqal təkcə söhbət məkanı deyildi. Onun başqa bir mühüm funksiyası da var idi. Bir-birindən uzaq məsafələrdə yaşayan icmalar üçün alov xəbərdarlıq və məlumat ötürmə vasitəsi rolunu oynayırdı. Dağ başlarında və yüksək ərazilərdə yandırılan tonqallar təhlükə, kömək çağırışı və ya mühüm hadisələr barədə xəbər verirdi. Beləliklə, insanlar tonqal vasitəsilə bir-biri ilə əlaqə saxlaya bilirdilər.

Bu gün nə qədər ağrılı olsa da, insanlar üz-üzə ünsiyyət üslubundan getdikcə uzaqlaşırlar. Müzakirələr və söhbətlər çox zaman texnoloji vasitələr üzərindən aparılır. Evlərdə, təhsil müəssisələrində və iş yerlərində fikir mübadiləsi davam etsə də, bu ünsiyyət daha çox rəsmi və məsafəli xarakter daşıyır. Bu gün telefon ekranı tonqalın yerini tutsa da, əvvəlki istilik hiss olunmur. Ağrılı tərəfi odur ki, bütün bunlara baxmayaraq insanların ünsiyyətə olan ehtiyacı dəyişməz qalır. Qədim dövrlərdə tonqal ətrafında formalaşan səmimiyyət və yaxınlıq hissi isə bu gün artıq nadir hallarda hiss olunur.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
bizimyol.info

1Sources