EN

İranın Naxçıvanı hansı silahla vurduğu bilindi

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına 5 mart tarixində günorta radələrində dron hücumları həyata keçirilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, İranın hücum etdiyi PUA "Arash-2" olub.

Qeyd edək ki, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnib.

Məlumat üçün bildirək ki, İran tərəfindən istehsal edilən "Arash-2" pilotsuz uçuş aparatı uzaq məsafədəki hədəfləri yüksək dəqiqliklə məhv etmək üçün nəzərdə tutulan kamikadze dronudur. Sələfi olan "Arash-1" modelinin daha təkmil versiyası sayılan bu texnika təxminən 2000 kilometr uçuş məsafəsinə malikdir və həm dəniz, həm də quru hədəflərinə qarşı effektiv istifadə olunur. Strukturuna görə fərqli buraxılış qurğularından, o cümlədən mülki yük avtomobillərindən belə start götürə bilən PUA hədəfə yaxınlaşdıqda özünü partladaraq tapşırığı icra edir. Müasir radar sistemlərindən yayınma xüsusiyyətlərinə malik olduğu bildirilən bu dronlar regional hərbi balansda və İranın hücum potensialında mühüm yer tutur.


 
Chosen
123
yenilik.az

1Sources