EN

“Əməliyyatı tez bitir və qələbəni elan et!” Müşavirləri Trampa nələri məsləhət görür?

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın müşavirləri və yaxın müttəfiqləri onu İrana qarşı hərbi əməliyyatın mümkün qədər tez başa çatdırılmasına və "qələbə elan edilməsinə" çağırırlar.

“AzPolitika” xəbər verir ki, bu barədə CNN özünün Ağ Evdəki mənbələrinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, hərbi əməliyyatların başlamasından bir neçə gün sonra Trampın köməkçiləri və müttəfiqləri arasında narahatlıq yaranıb. Bu onunla bağlıdır ki, davam edən hərbi əməliyyatın aydın son məqsədi yoxdur və ölkə daxilində ona ictimai dəstək zəifdir. Bu isə uzunmüddətli müharibənin siyasi nəticələri ilə bağlı narahatlıqlar yaradır. Xüsusilə, rəsmilər noyabr ayında keçirilməsi planlaşdırılan aralıq konqres seçkilərində müharibənin respublikaçılara təsirindən narahatdırlar.

"Bu, siyasi riskdir, burada "əgər" və ya "amma" yoxdur. Ümid edək ki, həqiqətən pis bir şey baş verməyəcək. Çünki baş verərsə, problem olacaq", - deyə ABŞ Prezidentinin müşavirlərindən biri bildirib. 

CNN mənbələri qeyd edib ki, İrana zərbələrdən əvvəl də müşavirlər Trampı bu əməliyyatdan çəkindirməyə çalışıblar və əməliyyat başladıqdan sonra onlar bir neçə gün münaqişə üçün inandırıcı bir izahat hazırlamağa çalışıblar. Bu da yüksək vəzifəli Ağ Ev rəsmilərinin ziddiyyətli açıqlamalarına səbəb olub.

CNN-in məlumatına görə, bəzi Tramp müttəfiqləri ABŞ-nin əməliyyatın əsas hissəsini bir neçə həftə ərzində başa çatdıra biləcəyi və İranın hərbi imkanlarını əhəmiyyətli dərəcədə zəiflədəcəyi ssenariyə ümid edirlər. Bu, prezident administrasiyasına qələbə elan etməyə və seçkilərdən əvvəl daxili məsələlərə diqqət yetirməyə imkan verəcək. Lakin analitiklər hesab edirlər ki, hətta bu ssenaridə belə, seçicilər əsasən ölkənin iqtisadi problemlərinin həllini axtardıqları üçün Trampın siyasi qazancları məhdud olacaq.

Qeyd edək ki, Tramp daha əvvəl hərbi əməliyyatın "dörd-beş həftə" çəkəcəyini demişdi. Lakin, “Politico” nəşrinin iddiasına görə, Pentaqon əməliyyatın təxminən sentyabr ayına qədər davam etdiriləcəyinə əmindir və bu istiqamətdə hazırlıqlar görür.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
50
azpolitika.info

10Sources