EN

“Milan” Leaoya yeni müqavilə təklif etdi

“Milan” Rafael Leaonun müqaviləsini uzatmaq istəyir.

Msport.az xəbər verir ki, portuqaliyalı cinah oyunçusunun “rossoneri” ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.

Klub müqaviləni 2030-cu ilə qədər uzatmaq niyyətindədir. “Milan” artıq oyunçunun ailəsi, agentləri və vəkilləri ilə əlaqə saxlayıb. Tezliklə əlavə əlaqələrin olacağı gözlənilir. Leao hazırda mövsümdə təxminən 5,5 milyon avro qazanır. Yeni müqavilə imzalasa, maaşının artacağı ehtimal olunur.

Qeyd edək ki, bu mövsüm Rafael A Seriyasında 20 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə verib.

Chosen
114
20
msport.az

10Sources