BAKI, 5 mart. TELEQRAF
İsrail və ABŞ-ın İran ərazisinə endirdiyi zərbələr nəticəsində Tehranda yerləşən 12 min tamaşaçı tutumlu Azadi stadionuna zərbə endirilib.
Teleqraf xəbər verir ki, bu barədə “Global Affairs 24” portalı məlumat yayıb.
Məlumata görə, cümə axşamı səhər saatlarında baş verən hücumdan sonra stadionun böyük hissəsinin dağıldığı və artıq istifadəyə yararsız hala düşdüyü bildirilir.
Həmin stadionda “Persepolis”və “Esteglal” klubları ev oyunlarını keçirir.
Paytaxtın müxtəlif bölgələrində hücumların davam etdiyi bildirilir.