Bakı. Trend:
Azərbaycan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT)əməkdaşlığın inkişaf etdirilməsini müzakirə ediblər.
Trend bubarədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, Mərkəzi Bankın rəhbərliyi İqtisadi Əməkdaşlıq vəİnkişaf Təşkilatının (İƏİT) Avrasiya İdarəsinin rəhbəri VilyamTomsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş çərçivəsində Azərbaycan və İƏİT arasında əməkdaşlığıninkişaf etdirilməsi məqsədilə hazırlanmış yeni Konsepsiya sənədininəhatə edəcəyi istiqamətlər, xüsusilə sığorta, kapital bazarları vəinvestisiya fondları kimi sahələr müzakirə edilib.
İƏİT heyəti tərəfindən qeyd olunan istiqamətlərdə təklif edilənlayihələr barədə ətraflı məlumat verilib və layihələrin MərkəziBankın tövsiyəsi əsasında təkmilləşdirilməsinin mümkünlüyüvurğulanıb. Görüşün davamında Mərkəzi Bank rəhbərliyi tərəfindənlayihələrin əhatə dairəsi barədə təkliflər ətrafında müzakirələraparılıb.