EN

Türkiyəyə atılan raket dünya siyasətini qarışdırdı

Türkiyə hava məkanına doğru yönəldiyi aşkarlanan İran ballistik raketin dünən Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi ciddi beynəlxalq reaksiyalara səbəb olub. 

“Cebheinfo.az”-ın məlumatına görə, BMT, Avropa İttifaqı, NATO kimi nüfuzlu təşkilatlar, eləcə də ABŞ, Belçika, İspaniya və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla bir çox ölkələr bu hadisəyə münasibət bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Marko Rubio İran və Yaxın Şərqdəki son hadisələri müzakirə etmək üçün telefonla danışıblar.

Marko Rubio Hakan Fidana Türkiyənin suveren ərazisinə hücumların qəbuledilməz olduğunu bildirib və ABŞ-nin tam dəstəyini ifadə edib.

NATO sözçüsü Allison Hart “İranın Türkiyəni hədəf almasını qınayırıq”- deyə münasibət bildirib. O, NATO-nun Türkiyə də daxil olmaqla bütün müttəfiqlərinin yanında olduğunu bildirib. 

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas məsələ ilə bağlı şərh verərək deyib: “Əlbəttə ki, Türkiyə bu raketləri vurmaq gücünə malikdir”.

Kallas həmçinin ABŞ-İsrail-İran münaqişəsi səbəbindən Yaxın Şərqdən kənara çıxan gələn raketlərin narahatlıq doğurduğunu deyib. 

BƏƏ Xarici İşlər Nazirliyi İranın Türkiyə hava məkanına ballistik raket atmaq cəhdini kəskin şəkildə pisləyən bəyanat yayıb: “Bu düşmənçilik hərəkətləri təhlükəli eskalasiyanı və dövlətlərin suverenliyinin açıq şəkildə pozulmasını təmsil edir. Onlar, həmçinin regionun təhlükəsizliyinə və sabitliyinə birbaşa təhdid yaradır”,- deyə bəyanatda qeyd edilir.

BƏƏ bəyanatda bildirib ki, hücumların qardaş və dost ölkələri də əhatə etməsi bütün hüquqi və siyasi standartlara uyğun olaraq pislənir.

Chosen
69
50
cebheinfo.az

10Sources