Moldova Azərbaycana dron hücumunu pisləyib.
APA xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mihai Popsoi “X” hesabında qeyd edib.
“Moldova Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasıda mülki obyektlərə edilən və 2 mülki şəxsin yaralanmasına səbəb olan hücumları güclü şəkildə qınayır. Moldova Azərbaycanla həmrəydir və onun suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayır”,- nazir bildirib.