Hazırda yaranmış vəziyyətlə əlaqədar olaraq Naxçıvan Beynəlxalq Hava Limanında daxili və xarici istiqamətlərdə uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.
Bu barədə "APA-Economics"ə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən bildirilib.
Naxçıvan Beynəlxalq Hava Limanından "APA-Economics"ə verilən məlumata görə, Məsələ ilə bağlı vəziyyət operativ şəkildə qiymətləndirilir və müvafiq qurumlarla koordinasiya aparılır.
Əlavə məlumatlar dəqiqləşdirildikcə ictimaiyyətə təqdim olunacaq.