“Azad Kürdüstan Partiyası” (Pak) silahlı terror qruplaşmasının beş rəhbərindən biri olan Cəlal Rəşidi öldürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, o, SEPAH-ın Ərbilin Digela bölgəsində qruplaşmanın qərargahına dron və raket hücumu nəticəsində ölüb.
Onun gizləndiyi yerin Qərbi Azərbaycan əyalətinin təhlükəsizlik orqanları tərəfindən tapıldığı və SEPAH tərəfindən vurulduğu bildirilir.