EN

Ukrayna və Rusiya min hərbi əsiri qarşılıqlı şəkildə azad edirlər

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Ukrayna 200 rusiyalı hərbi əsiri geri qaytarıb. Buna cavab olaraq Rusiyada da qarşı tərəfə 200 hərbi əsir təhvil verib.

Oxu.Az-ın məlumatına görə bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, hərbçilərin azad edilməsi prosesində Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatları vasitəçi rolunu oynayıblar. Rusiya tərəfinə verilən əsgərlər hazırda Belarus ərazisindədirlər və onlara zəruri tibbi, eləcə də psixoloji yardım göstərilir.

Qeyd olunub ki, bütün hərbi qulluqçular müalicə kursu keçmək və reabilitasiya olunmaq məqsədilə Rusiya Müdafiə Nazirliyinin tibb mərkəzlərinə çatdırılacaqlar.

Rusiya dövlət başçısının köməkçisi və Ukrayna ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib ki, Cenevrə razılaşmalarına uyğun olaraq mübadilə prosesi iki gün davam edəcək.

"Növbəti mərhələnin sabah reallaşması planlaşdırılır. Martın 5 və 6-sı tarixlərində Ukrayna ilə hərbi əsir mübadiləsi 500-500 nisbətində olacaq", - deyə Medinski özünün "Telegram" kanalında qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
50
22
oxu.az

10Sources