EN

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Məhkəmənin mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Konstitusiyanın 25, 71 və 149-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair insan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 1-nə təyin olunmuş iclasında baxılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
63
3
xalqqazeti.az

10Sources