EN

İsrail XİN rəhbəri Bayramova zəng etdi: “İranın Azərbaycana qarşı aqressiyası…”

İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb.

NOCOMMENT.az xəbər verir ki, Saar bu barədə sosial şəbəkə X-də paylaşım edib. O bildirib ki, söhbət zamanı İranın Azərbaycana qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pislədiyini ifadə edib.

İsrailli nazir qeyd edib ki, İranın Azərbaycana və regionun digər ölkələrinə qarşı aqressiyası tamamilə qəbuledilməzdir. Onun sözlərinə görə, bu hadisələr İran hakimiyyətinin davranışının nə qədər təhlükəli olduğunu bir daha göstərir.

Gideon Saar vurğulayıb ki, İsrail hazırda həyata keçirdiyi hərbi əməliyyatı qarşıya qoyulan məqsədlərə çatana qədər davam etdirməkdə qətiyyətlidir. O əlavə edib ki, regionda təhlükəsizliyin təmin olunması üçün İranın fəaliyyətlərinə qarşı tədbirlərin görülməsi vacibdir.

Chosen
65
nocomment.az

1Sources