EN

İrəvanda təşviş: Paşinyan bir həftədə 3-cü dəfə Təhlükəsizlik Şurasını topladı

Ermənistanın Baş naziri Nikol Paşinyan regiondakı son dərəcə gərgin vəziyyətlə əlaqədar bir həftə ərzində artıq üçüncü dəfə Təhlükəsizlik Şurasının iclasını keçirib.

Musavat.com xəbər verir ki, martın 5-də baş tutan toplantıda ölkənin ali rəhbərliyi, o cümlədən Prezident Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Simonyan iştirak ediblər.

İclasın əsas müzakirə mövzusu İran ətrafında genişlənən hərbi əməliyyatların Ermənistanın təhlükəsizliyinə birbaşa təsirləri və regionda nəqliyyat kommunikasiyalarının fasiləsiz fəaliyyətinin təmin edilməsi olub.

Paşinyan bildirib ki, rəsmi İrəvan Yaxın Şərqdəki böhranın dərinləşməsini diqqətlə izləyir və ölkənin logistik təhlükəsizliyini qorumaq üçün bütün ssenarilərə hazır olmalıdır. Qeyd edək ki, İranla sərhədin bağlanma riski və hava məkanındakı məhdudiyyətlər Ermənistan üçün ciddi iqtisadi təhdid yaradır. Baş nazir iclasın yekununda aidiyyəti dövlət qurumlarına strateji obyektlərin mühafizəsi və fövqəladə vəziyyətlərdə hərəkət planının gücləndirilməsi ilə bağlı xüsusi tapşırıqlar verib. Bu, Ermənistanın son günlər "neytral qalmağa" çalışmasına baxmayaraq, regional xaosdan ciddi şəkildə narahat olduğunu göstərir.

Musavat.com

Chosen
114
9
musavat.com

10Sources