EN

Bakı Naxçıvan Bakı marşrutu üzrə reyslər ləğv olunub, Bakı İğdır Bakı aviareysləri təyin edilib

ain.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Son hadisələrlə əlaqədar olaraq, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 mart 2026-cı il tarixinə planlaşdırılan bütün reyslər ləğv olunub.

Bu barədə AZAL məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan vətəndaşları üçün Bakıdan Naxçıvana nəqliyyat əlaqəsinin təmin edilməsi məqsədilə Bakıdan Türkiyənin İğdır şəhərinə və əks istiqamətdə aviareyslər təyin edilib. Sərnişinlərin İğdır aeroportundan Naxçıvana daşınması üçün xüsusi avtobuslar təşkil olunacaqdır. Avtobus reysləri Naxçıvan avtovağzalı vasitəsilə həyata keçiriləcəkdir.

Sərnişinlərdən uçuşdan ən azı bir saat yarım əvvəldən aeroporta gəlmələri və üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrinin olması xahiş olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
33
marja.az

10Sources