ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 5 mart, AZƏRTAC
Bizim bu gün əsas məqsədimiz güləş və cüdodan başqa da idman növlərini inkişaf etdirməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, ən sevindirici hallardan biri Paris Olimpiadasında qızlardan ibarət basketbol komandasının böyük uğurlar qazanması, bu sahədə geniş təcrübəyə malik yığma komandalara qalib gəlməsi idi. Bundan başqa, gimnastika komandasının “İlk 5-liy”ə düşməsi də böyük nailiyyətdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.