EN

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədrinin məhkəməsi başlayıb

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bizim.Media xəbər verir ki, hakim Arzuyar Kərimovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası martın 17-ə təyin edilib.

Bizim.Media

Chosen
36
5
bizim.media

10Sources