EN

"İranın bu hərəkəti Azərbaycan xalqında böyük nifrət yaradır" - Aydın Hüseynov

“Məlumdur ki, bu gün İran Naxçıvan Beynəlxalq Hava Limanının terminalına, eləcə də məktəbə dronlarla zərbələr endirib. Bu, bir daha İran rejiminin, molla rejiminin şərəfsizliyini göstərir”.

Bunu Redaktor.az-a açıqlamasında deputat Aydın Hüseynov İranın Azərbaycanın Naxçıvan bölgəsinə etdiyi dron hücumlarına münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, baxmayaraq ki, Azərbaycan dövləti daim İrana qarşı xoş münasibət bəsləyib və İranla isti münasibətlərin və siyasi-iqtisadi münasibətlərin normal şəkildə inkişafına diqqət yetirib, lakin İran daim Azərbaycana basqılar edib.

"Azərbaycanın Tehrandakı səfirliyinə hücum edilməsi, səfirlik əməkdaşının qətlə yetirilməsi və Azərbaycana qarşı ittihamların, böhtanların atılması, bu kimi hücumlar, bu kimi təxribatlar bir daha molla rejiminin Azərbaycana qarşı olan münasibətinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev İran səfirliyinə gələrək İran xalqına başsağlığı verdi və bu dünya dövlətləri arasında yeganə dövlət rəhbəri idi ki, İran xalqına bu kimi sayğı göstərdi. Lakin aradan bir neçə saat keçməsinə baxmayaraq, heç bir gün də keçməsinə baxmayaraq İran Azərbaycana qarşı çox şərəfsizcəsinə hərəkət etdi və mülki obyektimizə zərbələr endirdi. Bu, beynəlxalq hüquq normalarını pozmaq deməkdir. İran və xüsusilə şərəfsiz molla rejimi bilməlidir ki, Azərbaycan dövləti öz suveren ərazilərini və vətəndaşlarını qorumağa qadirdir və Azərbaycana qarşı yönələn hər bir addım çox kəskin şəkildə öz cavabını alacaq. Bunu İran rejimi bilməlidir. Eyni zamanda, İranın bu hərəkəti Azərbaycan xalqında İran rejiminə qarşı hədsiz dərəcədə böyük nifrət hissi yaradır", - deyə Aydın Hüseynov bildirdi.

Turan İSMAYIL

Chosen
29
1
redaktor.az

2Sources