EN

Masallıda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları ziyarət olunub » AzadMedia.az


Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rayonun bir qrup şəhid ailəsini ziyarət edərək onları bayram münasibətilə təbrik edib.

Ziyarət çərçivəsində Şəhid Bağırov Mətləb Nəriman oğlunun anası Həşimova Zəringül Qəvvam qızı (Dəmirçi kəndi), Şəhid Vəliyev Ədalət Hidayət oğlunun anası Vəliyeva Almaz Mütalib qızı (Qarğalıq kəndi), Şəhid Şahbazov Mübariz Tofiq oğlunun anası Şahbazova Təmilə Məmmədbağı qızı (Mahmudavar kəndi) və Şəhid Əliyev Vilayət Lətif oğlunun anası Ağayeva Sərvər (Babaküçə kəndi) ilə görüş keçirilib.

Görüş zamanı şəhid analarının göstərdikləri səbir və fədakarlığın xalqımız üçün böyük örnək olduğu vurğulanıb, onların qayğı və problemləri ilə maraqlanılıb. Bildirilib ki, şəhid ailələrinə dövlət tərəfindən daim diqqət və qayğı göstərilir.

Ziyarət zamanı şəhid analarına 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə gül dəstələri və hədiyyələr təqdim olunub.

Şəhid anaları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək övladlarının xatirəsinin daim uca tutulduğunu qeyd ediblər.
Chosen
22
1
azadmedia.az

2Sources