EN

Tokayev Azərbaycana dron hücumunu qətiyyətlə pisləyib

Qazaxıstan Prezident Kasım-Jomart Tokayev İranın Naxçıvan şəhərindəki hava limanına pilotsuz uçuş aparatlarının hücumunu münasibət bildirib.

APA-nın xəbərin görə, Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov deyib ki, Kasım-Jomart Tokayev qardaş, müttəfiq Azərbaycana qarşı bu aktı qətiyyətlə pisləyir.

“Eyni zamanda, dövlət başçısı hadisənin İranla birgə hərtərəfli araşdırılmasına, eləcə də regionda gərginliyin artmaması üçün münaqişə vəziyyətinin diplomatik vasitələrlə həllinə ümidvar olduğunu bildirib”, - Aybek Smadiyarov vurğulayıb.

Chosen
84
13
apa.az

10Sources