EN

Avropa İttifaqı: "Naxçıvana hücum qəbuledilməzdir" - EKSKLÜZİV

"İranın Azərbaycanın Naxçıvan bölgəsindəki pilotsuz təyyarə hücumları tamamilə qəbuledilməzdir".

Bu fikirlər Bizim.Media-nın sorğusuna cavab olaraq Avropa İttifaqının ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

İranın Azərbaycana hücumu ilə baglğlı sualları cavablandıran qurum sözcüsü bildirib ki, bu addım müharibənin miqyasını artırır:

"Hücumlar İran tərəfindən daha da şiddətləndiricidir və müharibənin Yaxın Şərqdən kənara yayılması ehtimalını artırır. Avropa Birliyinin Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyini vurğulamaq üçün vitse-prezident Kaya Kallasa Xarici İşlər Naziri Bayramovla əlaqə saxlayıb", - deyə Aİ-dən bildirilib.

Bizim.Media

Chosen
87
50
bizim.media

10Sources