Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.
"İranın Azərbaycanın Naxçıvan bölgəsindəki pilotsuz təyyarə hücumları tamamilə qəbuledilməzdir".Bu fikirlər Bizim.Media-nın sorğusuna cavab olaraq Avropa İttifaqının ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.İranın Azərbaycana hücumu ilə bağlı sualları cavablandıran qurum sözçüsü bildirib ki, bu addım müharibənin miqyasını artırır:"Hücumlar İran tərəfindən daha da şiddətləndiricidir və müharibənin Yaxın Şərqdən kənara yayılması ehtimalını artırır. Avropa Birliyinin Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyini vurğulamaq üçün vitse-prezident Kaya Kallas Xarici İşlər Naziri Bayramovla əlaqə saxlayıb", - deyə Aİ-dən bildirilib.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.