EN

“Azərbaycana qarşı bu təcavüz tamamilə qəbuledilməzdir” − İsrail XİN

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

Azərbaycan və İsrail XİN rəhbərləri Ceyhun Bayramov və Gideon Saar arasında telefon danışığı olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri sosial şəbəkə hesabında məlumat yayıb.

“Dostum, Azərbaycanın xarici işlər naziri ilə danışdım. İranın Azərbaycana qarşı açıq və qəsdən etdiyi təcavüzü pislədim. Azərbaycan və regiondakı digər ölkələrə qarşı bu təcavüz tamamilə qəbuledilməzdir və bir daha sübut edir ki, İran rejimi dəli və cilovsuzdur”, - məlumatda deyilib.

Saar qeyd edib ki, İsrail məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirməkdə qərarlıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
102
yeniavaz.com

1Sources