EN

Paşinyan Təhlükəsizlik Şurasını topladı

Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Ermənistanın Təhlükəsizlik Şurasının iclası keçirilib.

"Cebheinfo.az" NEWS.am-a istinadən xəbər verir ki,  məlumatı hökumətin mətbuat xidməti yayıb. Məlumata görə, iclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, Milli Assambleyanın sədri Alen Simonyan və digər rəsmi şəxslər də iştirak ediblər.

Görüşdə regionda təhlükəsizlik vəziyyəti və nəqliyyat kommunikasiyalarının normal fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Baş nazir müvafiq tapşırıqlar verib.  Erməni mətbuatı iclasın Naxçıvana İran tərəfindən dron atılması ilə əlaqədar keçirildiyini yazır.     

Chosen
85
3
cebheinfo.az

5Sources