EN

Əraqçi Ceyhun Bayramova zəng edib, dron hücumları ilə bağlı araşdırma başladığını bildirib

Martın 5-də İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib.

Chosen
45
14
azpost.info

10Sources