EN

Edi Ramadan Azərbaycana dəstək: “İran terror dövləti kimi tanınsın”

Naxçıvanda mülki infrastruktura qarşı yönəlmiş hücum İranın yolverilməz təcavüz aktıdır.

Publika.az xəbər verir ki, bunu Albaniya Baş naziri Edi Rama "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan ərazisinə hücum, Naxçıvanda mülki infrastrukturun hədəfə alınması və dinc sakinlərin yaralanması İranın qonşu ölkələrə qarşı növbəti ciddi və yolverilməz təcavüz aktıdır. Bu ölkələrin yeganə "cinayəti" ondan ibarətdir ki, onlar dünyaya öz inkişafını, firavanlığını və açıqlığını nümayiş etdirərək, vətəndaşlarının həyatını yaxşılaşdırır, şeytani rejimi altında olan İranı daha da qaranlıq və kor edir", - o yazıb.

O qeyd edib ki, Azərbaycan Albaniyanın dəyərli dostu və müttəfiqidir.

Edi Rama vurğulayıb ki, Azərbaycan xalqı, eləcə də son günlərdə mənasız hücumlara məruz qalmış digər ölkələrin xalqları yalnız hörmətə və təhlükəsizliyə layiqdir.

Chosen
108
publika.az

1Sources