EN

İran Bəhreyndəki hədəfləri bombaladı -VİDEO

İran ABŞ və İsrailin başlatdığı hərbi əməliyyatlara cavab olaraq regiondakı Amerika hədəflərinə qarşı genişmiqyaslı raket hücumlarını davam etdirir.

Redaktor.az İranın “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, İslam Respublikası ABŞ-nin Bəhreyndə yerləşən strateji “Əl-Cuffair” dəniz bazasına silsilə raket zərbələri endirib.

Məlumata görə, hücumdan dərhal sonra hərbi bazanın ərazisində güclü yanğın başlayıb və göyə qatı tüstü dumanı qalxıb. Hadisə yerindən çəkilmiş və sosial şəbəkələrdə yayılan videogörüntülər zərbələrin miqyasının böyük olduğunu təsdiqləyir. Bildirilir ki, raket hücumu nəticəsində Bəhreynin milli neft şirkəti olan BAPCO-nun obyektlərinə də ciddi ziyan dəyib.

İranın dövlət televiziyası (IRIB) bəyan edib ki, hücumlar “Əsl Vəd 4” əməliyyatının 18-ci dalğası çərçivəsində həyata keçirilir. Əməliyyat zamanı Bəhreynlə yanaşı, BƏƏ və Küveytdə yerləşən ümumilikdə 20 ABŞ hərbi hədəfinin vurulduğu iddia edilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyat nəticəsində paytaxt Tehran da daxil olmaqla bir çox şəhər bombalanmış, Ali Lider Əli Xameneinin iqamətgahına endirilən zərbə onun ölümü ilə nəticələnmişdi. Tehran isə hücumlara cavab olaraq regiondakı bütün Amerika bazalarını “legitim hədəf” elan edib.

Chosen
81
13
redaktor.az

10Sources