EN

Ombudsman İran ərazisindən Naxçıvana PUA hücumlarını pisləyib

Bakı. Trend:

Bu gün İran İslam Respublikası ərazisindən AzərbaycanRespublikasının Naxçıvan Muxtar Respublikasının Beynəlxalq HavaLimanının terminal binasına və Şəkərabad kəndində məktəb binasınınyaxınlığına pilotsuz uçuş aparatlarının hücumları həyatakeçirilmişdir.

Trend xəbər verir ki, müraciətin mətniOmbudsman Aparatının rəsmi saytında dərc edilib.

Mülki obyektləri hədəfləyən və mülki şəxslərin xəsarət almasıilə nəticələnən bu məqsədli hücumu şiddətlə qınayır və dünyaictimaiyyətini bu terror aktına münasibət bildirməyə çağırırıq.

Mülki əhali və infrastrukturların təhlükəsizliyinə yönəlmişistənilən hücum beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn,xüsusilə Cenevrə Konvensiyalarının normalarının kobud pozuntusudur.Bu kimi qəsdlər dövlətlərin ərazi bütövlüyü və suverenliyi, eləcədə qonşuluq prinsiplərinə zidd olmaqla bir dahatəkrarlanmamalıdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) olaraq vurğulamaq istərdim ki, mülki şəxslərin həyat vəsağlamlığının qorunması bütün dövlətlərin üzərinə düşən fundamentalöhdəliklərdəndir. Baş vermiş hadisənin tez bir zamanda beynəlxalqhüququn tələblərinə uyğun şəkildə hərtərəfli araşdırılması,məsələyə aydınlıq gətirilməsi, təqsirkar şəxslərin cəzalandırılmasıvə bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruritədbirlərin görülməsi vacibdir.

Dövlətlərin suveren hüquqlarına hörmət etmək, mülki əhali vəobyektlərin qorunması BMT Nizamnaməsinə əsasən hər bir üzv ölkəninəsas vəzifələrindən birirdir.

Chosen
177
10
az.trend.az

10Sources