EN

Xəzər niyə quruyur?

Alimlər bildirirlər ki, iqlim dəyişikliyi və su səviyyəsinin azalması səbəbindən yaxın onilliklərdə Xəzər dənizinin sahil xəttində ciddi geriləmələr baş verə bilər. Bu prosesin qarşısını almaq mümkündürmü? Ümumiyyətlə, Xəzər dənizinin gələcəkdə quruma təhlükəsi nə dərəcədə realdır?Ekoloq-hidroloq Rövşən Abbasov Metbuat.az-a açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsinin düşməsinin qarşısını almaq üçün ora daha çox su gətirilməlidir. Bu su isə əsasən Xəzərə tökülən çaylar vasitəsilə təmin oluna bilər: “Tarixən də həmin çaylarla gələn suyun hesabına Xəzərin səviyyəsi formalaşıb. Hazırda isə bu suyun həcmi azalıb. Bunun səbəbləri həm iqlim dəyişmələri, həm də çaylardan həddindən artıq su götürülməsidir. Xəzər hövzəsində əkin sahələri genişlənib, həmçinin Volqa və Kür hövzələrində iri su anbarları tikilib. Nəticədə su itkiləri artıb və Xəzərə daxil olan suyun miqdarı əvvəlki onilliklərlə müqayisədə kəskin azalıb. Bu isə dənizin səviyyəsinin aşağı düşməsində özünü göstərir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
108
6
metbuat.az

7Sources