EN

Kirmanşahdan şok görüntülər: güclü aviazərbələr şəhəri silkələdi - VİDEO

İranın qərbində yerləşən Kirmanşah əyalətində güclü aviazərbələr endirildiyi bildirilir.

Musavat.com xəbər verir ki, ABŞ və İsrailə məxsus qırıcı təyyarələr gecə saatlarında bölgədə bir sıra strateji obyektləri hədəfə alıb.

Məlumata görə, hücumlar əsasən hərbi və strateji əhəmiyyət daşıyan infrastruktura yönəldilib. Zərbələr nəticəsində ərazidə güclü partlayış səsləri eşidilib və bəzi obyektlərin ciddi ziyan gördüyü bildirilir.

Sosial şəbəkələrdə yayılan videolarda gecə səmasında baş verən güclü partlayışların ətrafı işıqlandırdığı və zərbələrin miqyasının kifayət qədər böyük olduğu görünür. Görüntülərin yerli sakinlər tərəfindən çəkildiyi qeyd olunur.

 

Musavat.com

Chosen
59
13
musavat.com

10Sources