ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Mövcud vəziyyət nəzərə alınaraq, Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti uçuş cədvəli hazırlanıb.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, cədvələ əsasən 6 mart 2026-cı il tarixinə planlaşdırılan reyslər aşağıdakı kimidir:
Reys
Bakıdan qalxma
İğdıra enmə
Avtobusun İğdırdan yola düşməsi
Avtobusun Naxçıvandan yola düşməsi
İğdırdan qalxma
Bakıya
enmə
J2 2251 / 2252
16:30
17:30
18:30
14:00
18:30
21:30
J2 2253 / 2254
17:30
18:30
19:30
15:00
19:30
22:30
J2 2255 / 2256
18:30
19:30
20:30
16:00
20:30
23:30
J2 2257 / 2258
19:30
20:30
21:30
17:00
21:30
00:30 (+1 gün)
Uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:
sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı;
üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.
Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.