EN

Bu ölkə ABŞ-yə bazalarından istifadəyə icazə verdi

Fransa Yaxın Şərqdə yerləşən hərbi bazalarını ABŞ-nin istifadəsinə verib. Metbuat.az xəbər verir ki, bu barədə Fransa mediası ölkənin Baş Qərargahına istinadən belə məlumat yayıb. Açıqlamada deyilir ki, ABŞ-nin İrana hücumu və İranın cavab tədbirlərindən sonra Fransa ABŞ-yə Yaxın Şərqdə yerləşən bazalarından müvəqqəti istifadə etmək üçün icazə verib. Bildirilir ki, Fransa İrana qarşı bölgədəki tərəfdaşlarının qorunmasına töhfə vermək üçün bazalarından ABŞ-nin istifadə etməsinə razılıq verib.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya da regiondakı bazalarının İrana qarşı istifadəsinə icazə vermişdi.

Chosen
102
metbuat.az

1Sources