EN

Rusiya və Ukrayna arasında mühüm anlaşma

Ukrayna ilə əsir mübadiləsi çərçivəsində geri qayıdan Rusiya hərbçilərini daşıyan İl-76MD təyyarəsi az öncə Moskva vilayətinə enib.

"Ölkə.az" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, martın 5-də Kiyevdə rejimin nəzarətində olan ərazidən 200 rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində 200 Ukrayna Silahlı Qüvvələrinin hərbi əsiri qarşı tərəfə təhvil verilib. Müdafiə Nazirliyi Rusiya hərbçilərinin əsirlikdən geri qaytarılmasında Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-nin humanitar yardım göstərdiyini qeyd edib.

Əvvəlki mübadilə fevralın 5-də baş tutmuşdu.(musavat.com)

Chosen
43
3
olke.az

10Sources