ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
İtaliyada çempionluq intriqası ölür. "Football-plus.az" xəbər verir ki, artıq üç aydı A seriyasında uduzmayan “İnter” izləyiciləri ilə xal fərqini get-gedə artırır. Fevralın 26-sı üçün bu fərq artıq 10-a bərabərdi. Kristian Kivu artıq böyük oyunlarda qalib gəlməyi də öyrənib. Yaxınlarda “Yuventus” üzərində qazanılan qələbə də bunun təsdiqidi. Prinsipcə 12 tur ərzində bu boyda üstünlüyün əldən verilməsi realdı, ancaq “neradzurra”nın özünün ciddi eniş yaşaması ilə yanaşı, izləyicilərin də müntəzəm uğur qazanması lazımdı.Amma həmin izləyicilər qətiyyən inamlı görünmür. 2-ci yerdə qərarlaşan “Milan” hədsiz çox heç-heçə edir – bu komandanın 9 bərabərliyi var. Yalnız autsayder “Piza” ilə “Latsio”nun hesabında daha çox heç-heçə var. Massimiliano Alleqri gözləntilərin hədsiz üstünə qalxmasa da, ən azı “Milan”a dönüşünün mümkün nəticələri ilə bağlı nikbin proqnoz verənlərin ümidlərini doğruldur. Onun “Milan”ı üçün fəxri kürsüdə yer almaq yaxşı nəticə sayılacaq. Yox, komanda çempionluq ambisiyasını davam etdirmək istəyirsə, onda martın 8-də keçiriləcək Milan derbisindən qalib ayrılmalıdı.3-cü pillədə qərarlaşan komanda ilə bağlı da maraqlı vəziyyət yaranıb. Həmin pillə fəaliyyətdə olan çempionun, hazırda “İnter”dən 14 xal geri qalan “Napoli”nindi. Luçano Spalletti ilə qazanılan son çempionluğun ardından da neapollular pərən-pərən düşmüşdü. Əlbəttə, onda vəziyyət daha çətin idi – Luçanonun ani gedişi, 10-cu yer və A seriyasının bir mövsümündə üç məşqçi qovulması...“Napoli” həmin vaxtdan bəri ciddi şəkildə dəyişib, söhbət artıq tam başqa komandadan gedir. Sadəcə, bənzərliklər hədsiz çoxdu. Əslində Konte mayda könüllü istefaya getsəydi, heç kim təəccüblənməzdi. O, 2021-ci ildə “İnter”dən belə uzaqlaşıb. Ancaq istefasız da Antonioya xas olan klassik ssenari izləyirik.Turnir cədvəlinin ortalarına yuvarlanan “Napoli”ni qəbul edən Konte elə ilk cəhddə bu komandanı çempionluğa daşıdı, üç fərqli komanda ilə A seriyasının qalibi olan ilk mütəxəssis kimi tarixə düşdü. Neapolluların zəif çempion olması haqda istənilən qədər danışmaq mümkündü. Ancaq istənilən şərait halında operativ şəkildə uğur qazanmaq italiyalı mütəxəssisin vizit vərəqinə çevrilib. Yalnız “Tottenhem”də belə uğur mümkün olmadı ki, bunun da səbəbləri aydındı. Konte “mahmızlar”ın ümidsiz durumda olduğunu ictimaiyyət önündə deməkdən çəkinmədi, ardından tərəfləq qarşılıqlı razılıqla müqaviləni ləğv etdi. Bəs o, “İnter”i necə tərk etdi? Çempionluğu qazandı, ardından rəhbərliklə fikir ayrılığı yaşandı. “Çelsi”ni necə tərk etdi? Demək olar ki, eyni şəkildə - premyer-liqada 5-ci yer və Çempionlar Liqasında mübarizəni erkən dayandırmaq.Konte və Çempionlar Liqası ifadəsinə bir cümlənin içində rast gəldizsə, qalanı təfərrüatdı. Bu mütəxəssisin daha bir standart zəifliyi Avroplanın əsas klub turnirində faciəvi nəticələrdi. Antonio ÇL-də beş fərqli komanda ilə iştirak edib, bu turnirdə 50 oyun keçirib, bunların yalnız 8-i pley-offa təsadüf edib. “Yuventus”, “İnter” və “Napoli” ilə qrupdan çıxa bilməyib. Heç şübhəsiz, Avropanın ən güclü məşqçilərindən birinin zəif tərəflərindən biri də iki cəbhədə oynamağı bacarmamaqdı. O, sadəcə, buna qadir deyil.Kontenin İtaloyanın ən mürəkkəb və deyingən klub prezidentlərindən sayılan De Laurentislə indiyə qədər hansısa qorxunc münaqişə və qalmaqal yaşamaması da təəccüb doğuran məqamdı. Əksinə, klub yayda transferlərə 115 milyon avro xərcləyib, Kontenin bütün istəkləri yerinə yetirilib. Təbii ki, bəzi şayiələr olur, arabir mediaya kiçik fikir ayrılıqları ilə bağlı insaydlar sızır. Ancaq klub prezidenti ilə baş məşqçi arasındakı münasibətlər həmişə partlayış həddindən uzaq olub.Futbolçularla ünsiyyət də heç vaxt Antonionun güclü tərəfi sayılmayıb. Məsələn, baş məşqçi payızda belə demişdi:
“İndi mən vahid komanda ruhu hiss etmirəm. Hər kəs yalnız öz problemlərinə köklənib. Kiməsə ürək köçürməsi edən deyilik – hər kəs özündə ruh, mənəvi güc, qəzəb və mübarizə arzusu tapmalıdı. Minimum vəzifəni yerinə yetirmək başqa məsələdi, böyük ambisiyalara malik klubun şərəfini qorumaq başqa. Hələ ki hər kəs yalnız öz qayğıları ilə yaşayır, əvvəllər də buna rast gəlmişəm. Odu ki, bu məsələni klub rəhbərliyi ilə ciddi şəkildə müzakirə etməyə hazırlaşıram”.
Bildiyiniz kimi, Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”la da qarşılaşan “Napoli” 32 komanda arasında 30-cu yeri tutmaqla pley-offa adlaya bilmədi. Son çempion A seriyasında da mövsümü boşa verməkdədi, oyunların yalnız yarısında qalib gəlib. “Napoli”ni elə mütəxəssis idarə edir ki, yetərincə açıq və sərt şəkildə həm oyunçuları, həm də ümumilikdə klub strukturunu tənqid edir. Çox güman, “Napoli” tezliklə yeni baş məşqçi axtarışına çıxmalı olacaq.Bu, sözün hərfi mənasında Kontenin peşəkar mahiyyətinin təsviridi. Bax kimsə “Antonio Konte necə işləyir” adlı metodik vəsait və ya kitab yazmağı düşünsə, əvvəlki abzas həmin kitabın məzmununu tam şəkildə açır. Və ən maraqlısı odu ki, sonra o, yenodən “Milan”a, “Roma”ya, hansısa başqa möhkəm kluba təyinat alacaq, mütləq skudetto uğrunda mübarizə aparacaq. Tarix necə yazılacaq – demək çətindi. İtaliya və Avropa futbolunda Konte sikli hələ bitməyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.