EN

Fil 17 yaşlı qızı tapdalayaraq öldürdü

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hindistanda fil 17 yaşlı qızı valideynlərinin gözü qarşısında tapdalayaraq öldürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bədbəxt hadisə Karnataka ştatında, Bettaturu kəndində baş verib.

Evlərinin yaxınlığında vəhşi filin hücumuna məruz qalan Pucu adlı qız hadisə yerindəcə canını tapşırıb. Valideynləri və yaxınları yerli hakimiyyət orqanlarından filin zərərsizləşdirilməsini tələb ediblər və bu məqsədlə kənd yaxınlığındakı yollardan birini bağlayıblar.

Qeyd edək ki, mərhumun ailəsinə 2 milyon rupi (təxmini 37 min manat) kompensasiya ödənilib. Cinayətkar filin tutulub-tutulmaması barədə isə məlumat verilmir.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
122
525.az

1Sources