EN

“Telegram” rəhbərinə “TikTok”dan gözlənilməz ZƏRBƏ: 156 minlik hesabı BLOKLANDI – FOTO

Pavel Durovun “TikTok” hesabı bloklanıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Telegram” messencerinin təsisçisi Pavel Durovun “TikTok” sosial şəbəkəsindəki rəsmi hesabı bloklanıb.

Hazırda 156 min izləyicisi olan “durov” istifadəçi adlı səhifəyə daxil olmaq mümkün deyil.

Səhifəyə keçid etməyə çalışarkən istifadəçilərin qarşısına “durov hesabı artıq əlçatan deyil” xəbərdarlığı çıxır.

Bloklanmanın dəqiq səbəbi barədə hələlik rəsmi məlumat verilməyib. Nə “TikTok” rəhbərliyi, nə də Pavel Durov məsələ ilə bağlı hər hansı açıqlama verib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
143
interpress.az

1Sources