EN

ABŞ-ın Hindistanın Rusiya nefti almasına verdiyi icazəyə neft məhsulları da daxildir

ABŞ-ın Hindistanın Rusiya nefti almasına verdiyi icazəyə neft məhsulları da daxildir

ABŞ Maliyyə Nazirliyi tərəfindən Hindistanın dəniz tankerlərində olan Rusiya neftini satın alması üçün verilən lisenziya həmçinin neft məhsulları ilə əməliyyatları və 5 mart tarixinə qədər istənilən gəmiyə yüklənmiş xammalın tədarükünü nəzərdə tutur.

AFN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən dərc edilmiş sənədin mətnində bildirilir.

Lisenziya Rusiya Federasiyası mənşəli olan və istənilən gəmiyə, o cümlədən yuxarıda qeyd olunan səlahiyyətlər çərçivəsində bloklanmış gəmilərə yüklənmiş "neft və ya neft məhsullarının satışı, çatdırılması və ya boşaldılması üzrə" əməliyyatlara icazə verir. Sənəddə vurğulanır ki, söhbət 5 mart 2026-cı il tarixində ABŞ-ın şərq sahili vaxtı ilə saat 12:01-dək tankerlərə yüklənmiş məhsullardan gedir. Bu növ əməliyyatlara aprelin 4-nə qədər icazə verilir.

Chosen
70
afn.az

1Sources