Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.
Qırğızıstanda yeni müavinət müəyyən edilib.Newscenter.az Qırğızıstan Prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, Prezident Sadır Japarov üç yaşınadək uşaqlar üçün yeni dövlət yardımının tətbiqi haqqında fərman imzalayıb.Məlumata görə, 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov üç yaşınadək bütün uşaqlara veriləcək "Bala İrisi" adlı yeni aylıq dövlət yardımının tətbiqi haqqında fərman imzaladı.Ödənişlər 1 iyul 2026-cı il tarixindən başlayacaq və ailə gəlirindən asılı olmayaraq üç yaşınadək hər bir uşağa veriləcək. Müavinətin məbləği ayda 1200 somdur.Prezident qeyd etdi ki, bu qərar vətəndaşların çoxsaylı müraciətlərinə cavab olaraq qəbul edilib və uşağın inkişafının ən vacib dövründə ailələrə dəstək olmaq məqsədi daşıyır.Yeni sosial dəstək tədbiri uşaqlar arasında yoxsulluq səviyyəsinin azaldılmasına və uşağın inkişafının ən vacib dövründə ailələrə zəmanətli yardım göstərilməsinə yönəlib. Qırğızıstan Respublikasının Milli Statistika Komitəsinin məlumatına görə, Qırğızıstanda üç yaşınadək təxminən 445 min uşaq yaşayır.Anar
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.