Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski 22 il müddətinə azadlıqdan məhrum edilib.
Â
Sverdlovsk məhkəməsi belə qərar çıxarıb.
Â
Şıxlinski və daha altı azərbaycanlı qətl təşkil etməkdə və qətlə cəhd etməkdə ittiham olunublar.
Â
Qeyd olunur ki, Şıxlinski cəzasının ilk dörd ilini həbsxanada keçirəcək. Bundan sonra isə, o, ciddi rejimli cəza koloniyasına köçürüləcək.
Â
Zərərçəkənlərə ümumilikdə 600 min rubl ödənilməsi də qərara alınıb. Bundan əlavə, Şıxlinskinin əmlakı, o cümlədən dörd avtomobili, iki yaşayış yeri və külli miqdarda nağd pulu müsadirə edilib.
Â
İş üzrə digər təqsirləndirilən şəxslərə də hökm oxunub:
Â
Səfərov Akif - 21 il müddətinə azadlıqdan məhrum etmə
Â
Səfərov Ayaz - 20 il
Â
Səfərov Kamal - 14 il
Â
Səfərov Məzahir - 13 il
Â
Səfərov Bəkir - 10 il
Â
Rəcəbov Şücayəddin - 14 il.
Â
Oxu.az xatırladır ki, Rusiya təhlükəsizlik qüvvələri azərbaycanlıları 2025-ci ilin yayında saxlayıb. Səfərov qardaşları (Ayaz, Bəkir, Məzahir, Kamal və Akif), Şücayəddin Rəcəbov və Şıxlinski məhkəməyəqədər həbs cəzasına məhkum ediliblər. Onlar iki cinayətdə ittiham olunublar.
Â