Bakı. Trend:
Səudiyyə Ərəbistanın hava hücumundan müdafiə sistemləri ölkəərazisinə atılan qanadlı raketi məhv edib.
Trend xəbər verirki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Ölkənin havahücumundan müdafiə qüvvələri Əl-Xərc əyalətində qanadlı raketi ələkeçirərək məhv edib”.