EN

ABŞ Hindistana 1 ay müddətində Rusiya neftini almağa icazə verib - Bessent

ABŞ Maliyyə Nazirliyi Hindistana dəniz tankerlərində artıq saxlanılan Rusiya neftini almaq üçün 30 günlük lisenziya verib.

Musavat.com xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent X-də açıqlayıb. Onun sözlərinə görə, bu, İrana qarşı hərbi kampaniya fonunda qlobal enerji bazarında təklifi artıracaq: "Neftin qlobal bazara axışının davam etməsini təmin etmək üçün Maliyyə Nazirliyi Hindistan neft emalı zavodlarına Rusiya neftini almağa icazə verən müvəqqəti 30 günlük lisenziya verib. Bu qısamüddətli tədbir Rusiya hökumətinə əhəmiyyətli maliyyə faydası verməyəcək, çünki bu, yalnız dənizdə artıq saxlanılan neftlə bağlı əməliyyatlara icazə verir”.

Bessent əlavə edib ki, ABŞ həmçinin Hindistanın Amerika neftinin idxalını artıracağını gözləyir.

Musavat.com

Chosen
69
8
musavat.com

10Sources