EN

Qadın voleybolçular arasında Yüksək Liqada 16-cı turun son iki matçı baş tutacaq

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 16-cı turun son matçları baş tutacaq.

İdman.Biz xəbər verir ki, bu gün iki görüş baş tutacaq.

İlk oyunda “Turan” kollektivi doğma meydanda “Abşeron”u sınağa çəkəcək. Matç Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək.

Digər qarşılaşmada isə “Murov Az Terminal” komandası “Azərreyl”lə üz-üzə gələcək. Oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Hər iki matçın start fiti saat 17:00-da səslənəcək.

İdman.Biz
Chosen
126
idman.biz

1Sources