EN

Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanın gücləndirilməsində çox mühüm rol oynayır - Baş katib (ÖZƏL)

Bakı.Trend:

Azərbaycan İƏT ölkələri arasında iqtisadi inteqrasiyanıngücləndirilməsində çox mühüm rol oynayaraq regional nəqliyyatbağlantısı mərkəzi kimi çıxış edir.

Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi doktorƏsəd M.Xan Trend-əmüsahibəsində bildirib.

“Şərq–Qərb və Şimal–Cənub əsas marşrutlarının kəsişməsindəstrateji mövqedə yerləşən ölkə bu böyük bazarlar arasında tranzitaxınlarının təmin olunmasına töhfə verir. Azərbaycan müasirnəqliyyat infrastrukturuna davamlı şəkildə sərmayə qoyur, xüsusilədə dəmir yollarına, avtomobil magistrallarına və Xəzər dənizindəliman infrastrukturuna xüsusi diqqət ayırır. Bu isə İƏTdövlətlərini qlobal ticarət marşrutları ilə birləşdirən multimodalnəqliyyat şəbəkəsinin formalaşmasına imkan verib”, – deyə Asad M.Xan əlavə edib.

Baş katib bildirib ki, dəmir yolu və avtomobil yoludəhlizlərinin genişləndirilməsi və modernləşdirilməsi, həmçininliman əməliyyatlarının rəqəmsallaşdırılması daxil olmaqlainfrastrukturun davamlı inkişafı regional bağlantının daha damöhkəmlənməsinə xidmət edəcək. Elektron sənədlərin tətbiqi, “vahidpəncərə” sistemləri və texniki standartların harmonizasiyasıvasitəsilə gömrük və tranzit prosedurlarının sadələşdirilməsi dəsərhədlərarası daşımaların səmərəliliyini artıracaq.

Onun sözlərinə görə, bundan əlavə, xüsusilə Orta Dəhliz vəŞimal–Cənub istiqaməti üzrə yeni ticarət marşrutlarının inkişafınəqliyyat imkanlarının şaxələndirilməsinə və İƏT regionundatəchizat zəncirlərinin dayanıqlılığının artırılmasına imkanverəcək.

Xatırladaq ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən vəAsiyanı Avropa ilə birləşdirən nəqliyyat ticarət yoludur. O,ənənəvi Şimal və Cənub Dəhlizlərinə alternativ kimi xidmətedir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Orta Asiya ölkələrindən keçir. Daha sonra Xəzərdənizini, Azərbaycanı, Gürcüstanı və Türkiyəni keçərək Avropayaçıxır. Orta Dəhliz, Çin də daxil olmaqla, Şərqi Asiyanı Avropa iləbirləşdirən daha uzun dəniz yollarını keçərək quru yoludur.

Chosen
105
2
az.trend.az

1Sources